ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin rəhbəri Yensen Huanq vəzifəsindən istefa verib.
“Reuters“in xəbərinə görə, onun yerinə müvəqqəti olaraq maliyyə işləri üzrə məsul şəxs Kolett Kress təyin edilib.
“Nvidia”-nın səhmləri istefa açıqlamasından sonra 10% ucuzlaşıb. Bu, cari həftə ərzində şirkətin bazar dəyərinin təxminən 600 milyard dollar azalmasına səbəb olan enişi daha da dərinləşdirib.
63 yaşlı Huanq “Nvidia”-nın səhmlərinin təxminən 3,6%-nə sahibdir və onun birbaşa tabeliyində onlarla rəhbər çalışır.
ABŞ Prezidenti Donald Tramp “Nvidia”-nın rəhbərini “ləyaqətli insan” adlandırıb.
Qeyd edək ki, Huanqın münasibətdə olduğu qadının Çin kəşfiyyatı ilə əlaqəli olması barədə iddialar yayılıb.
.
