Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” lotereyası çərçivəsində bu axşam ikinci avtomobil tirajı keçiriləcək. Beləliklə, növbəti “Haval H6 Ultra” avtomobilinin sahibi bəlli olacaq. Eyni zamanda, daha üç “Nar” abunəçisi “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanacaq.

Qaliblərin adları təsadüfi seçim əsasında müəyyən edilir və nəticələr canlı yayımda elan olunur.Bu lotereyada ilin sonuna qədər “Nar” abunəçilərihər gün “Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazana bilər.

Qeyd edək ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslıpaketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür.Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.

Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.azveb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.

Daha ətraflı məlumat üçün:lotereya.nar.az/

 

.