İran ABŞ və İsrailin son beş ay ərzində endirdiyi zərbələrə baxmayaraq, raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxlayıb və yeni şəraitə uyğunlaşa bilib.
Bu barədə “Financial Times” hərbi ekspertlərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, iranlı mühəndislər bombardmanlardan sonra yeraltı raket bazalarını qısa müddətdə bərpa etməyə nail olublar.
Ekspertlərin fikrincə, İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi kazarmalara endirilən son zərbələr və nəticədə hərbçilərin həlak olması İranın ABŞ və ərəb ölkələrinin raketdən müdafiə sistemlərini yarmaq imkanlarını qoruduğunu göstərir.
Analitiklər hesab edirlər ki, Tehran orta mənzilli ballistik raketlərinin həm dəqiqliyini, həm də müdafiə sistemlərini aşmaq qabiliyyətini artırıb. Buna texniki və taktiki dəyişikliklər, eləcə də əvvəlki münaqişələrdən əldə olunan təcrübə hesabına nail olunduğu bildirilir.
“Financial Times” qeyd edir ki, yüzlərlə ABŞ aviazərbəsindən beş ay sonra belə İran regiondakı hədəflərə, o cümlədən İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki obyektlərə yüksək dəqiqlikli zərbələr endirmək imkanını saxlayır.
.
