“Barselona”sının qadınlardan ibarət futbol klubu dünya rekorduna imza atıb.

Kataloniya komandası evdə "Levante"ni 7:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Bununla da “Barselona”nın çempionatda ardıcıl 50-ci matçda qələbəsini rəsmiləşdirib. Bu seriya isə həm kişi, həm də qadın futbolu üçün yeni rekord kimi tarixə düşüb.

Qeyd edək ki, “Barselona” 2021-ci ilin iyunundan meydandan 3 xalla ayrılır. Komanda bu qarşılaşmalarda 247 qol vurub, qapısında cəmi 19 qol görüb.

.