ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır.
Bu barədə “Axios” portalı iki ABŞ rəsmisinə və proseslə tanış olan digər mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir.
Planın 14 bənddən ibarət olduğu bildirilir.
Sənədin ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Jared Kuşner tərəfindən İran rəsmiləri ilə əməkdaşlıq çərçivəsində hazırlandığı qeyd olunur.
.
