
Diplomatlarımız və hərbçilərimizin birgə səyləri Qarabağda dayanıqlı atəşkəs rejimini dəstəkləməyə real yardım edir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya və Türkiyənin regional münaqişələrin nizamlanmasında birgə fəaliyyətindən danışan Sergey Lavrov qeyd edib ki, Suriya, Liviya və Qarabağda iki ölkələrin diplomatları və hərbçiləri birgə səyləri nəticəsində dayanıqlı atəşkəs rejimini qoruyub saxlamaq mümkün olub.