Hazırda Ukrayna münaqişəsi ilə bağlı heç bir gizli danışıqlar aparılmır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, qərb ölkələri güzəşt təşəbbüslərindən çəkindirməyə davam edərsə, Rusiya öz məqsədlərinə hərbi yolla çatacaq.

Lavrov qeyd edib ki ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya daxil olması məsələsini bağlı hesab edir.

"O (Donald Tramp - red.), ilk növbədə, Ukraynanı Şimali Atlantika Alyansına cəlb etməyə çalışmağı belə unutmağı söyləyib. O, bunun Putinin açıqlamalarından çox əvvəl aydın olduğunu deyib. Məsələ artıq bağlıdır və onu tərpətməyə ehtiyac yoxdur", - deyə Lavrov Birinci Kanalda yayımlanan "Böyük Oyun" verilişində bildirib.

.