Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

Rusiya XİN verdiyi məlumata görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatını və perspektivlərini müzakirə ediblər.

Yaxın vaxtlarda təmasların davam etdirilməsi razılaşdırılıb.

.