Rusiya beynəlxalq münaqişələrin həllinə aktiv şəkildə kömək etməyə davam edəcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.

“Biz Suriyada işləyirik. Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edirik. Əfqanıstanda, Liviyada, İran ətrafında, Koreya yarımadasında və digər qaynar nöqtələrdəki nizamlanmalarla bağlı beynəlxalq səylərə aktiv kömək edirik. Mən bunu nailiyyətlərimizə diqqəti çəkmək üçün demirəm. Biz hər zaman ehtiyacı olanlara kömək etməyə hazırıq. Bu, bizim tarixi missiyamızdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

.