Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü kimi qala-qala Avropa İttifaqı (Aİ) standartlarını qəbul etmək mümkün deyil.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında bildirib.

O, təxminən il yarım əvvəl, sonuncu dəfə İrəvana səfər edərkən həmkarı Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyanla Aİ ilə Aİİ üzvlüyü mövzusunu bir neçə dəfə müzakirə etdiyini diqqətə çatdırıb.

“Aİİ-nin iş prinsipləri ilə bir az tanış olan hər kəs üçün aydındır ki, Avrasiya İqtisadi Birliyinin üzvü kimi qala-qala Aİ standartlarını qəbul etmək mümkün deyil. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bunu erməni həmkarı ilə təmaslarında dəfələrlə izah edib. Bu, texniki cəhətdən mümkün deyil. Onlar təkcə fərqli ticarət və investisiya qaydalarına görə deyil, həm də Brüsselin Ermənistanın hüquqi çərçivəsini öz standartlarına uyğunlaşdırmaq istədiyi üçün bir-biri ilə uyğun gəlmir", - Lavrov qeyd edib.

.