
Moskva Suriya-Rusiya münasibətlərinə düzəlişlər edilməli olduğunu başa düşür.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında qaldırılan məsələlər arasında Suriya tərəfinin saxlamaq istədiyi Rusiyanın Xmeymim və Tartusdakı bazaları da var: "Suriya tərəfi Rusiya hərbi bazalarını ölkədə saxlamaqda maraqlıdır. Prezidentimizin dəfələrlə bəyan etdiyi kimi, biz Suriya Ərəb Respublikasının maraqlarına söykənirik. Aydındır ki, yeni şəraitdə bu bazalar sadəcə hərbi forpost kimi yox, artıq fərqli rol oynaya bilər”.
Lavrov qeyd edib ki, yeni şərtlər daxilində bu bazalar humanitar yardımın çatdırılması üçün mərkəz rolunu oynaya bilər.
.