Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Rusiya sülhməramlı kontingentinə məxsus 2 yük və 1 minik avtomobilindən ibarət təminat kolonu Xankəndidən Laçın istiqamətinə keçib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

.