Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Aksiya gecəboyu səhərə qədər davam edib.

İştirakçılar günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 52-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şuşada havanın tempraturu hazırda -3 dərəcədir

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

.