La Liqa təmsilçisi "Levante" baş məşqçisi Lukas Alkarası istefaya göndərib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ölkə çempionatında "Real Sosyedad"a 0:4 hesablı məğlubiyyətdən sonra bu qərar verilib.
Bununla da, La Liqada iki məşqçi istefası gerçəkləşib. Bundan əvvəl "Las Palmas" baş məşqçisi ilə yolları ayırmışdı.
Qeyd edək ki, "Levante" La Liqada 9 turdan sonra 6 xalla sonuncu pillədədir.
.
