Kuba Prezidenti Migel Dias-Kanel Bermudes bildirib ki, ABŞ-nin onun dövlət başçısı vəzifəsindən istefasını tələb etmək hüququ yoxdur.
Bunu "NBC News" telekanalına müsahibəsində deyib.
"Əgər Kuba xalqı mənim vəzifələrimi yerinə yetirmədiyim qənaətinə gələrsə, onda prezident vəzifəsində qalmamalıyam; mən onların qarşısında cavab verəcəyəm. Lakin ABŞ bizə heç nə zorla qəbul etdirə bilməz. Kubaya qarşı düşmənçilik siyasəti yürüdən ABŞ hökumətinin Kubadan heç nə tələb etmək üçün mənəvi haqqı yoxdur", - Migel Dias-Kanel Bermudes qeyd edib.
.
