Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində azalma müşahidə olunub.

Bazarın lideri olan “Bitcoin”in qiyməti 0,40% azalaraq 68 815 ABŞ dolları səviyyəsində qərarlaşıb.

“Ethereum”un qiyməti isə 0,85% azalaraq 2 111 ABŞ dolları olub.

Digər iri kriptovalyutalarda da əsasən mənfi dinamika qeydə alınıb. Belə ki, BNB-nin qiyməti 0,05% azalaraq 599 ABŞ dolları, “Bitcoin Cash”in qiyməti 0,07% azalaraq 432 ABŞ dolları, “Monero”nun qiyməti isə 0,93% azalaraq 325 ABŞ dolları səviyyəsində olub.

Bununla yanaşı, bəzi aktivlərdə artım müşahidə edilib. “Zcash”in qiyməti 0,91% artaraq 256 ABŞ dollarına yüksəlib. Qızıla indekslənmiş aktivlərdən “PAX Gold”un qiyməti 0,19% artaraq 4 640 ABŞ dolları, “Tether Gold”un qiyməti isə 0,20% artaraq 4 625 ABŞ dolları olub.

Qlobal kriptovalyuta bazarının kapitallaşması 0,67% azalaraq 2,35 trilyon ABŞ dolları təşkil edib.

Analitiklərə görə, bazar iştirakçılarının riskli aktivlərdən qismən çıxış etməsi, geosiyasi gərginlik və pul siyasəti ilə bağlı qeyri-müəyyənliklər qiymətlərin azalmasına səbəb olub.

.