Dünən gecə "Russkaya" kompressor stansiyasına dron hücumları cəhdləri olub.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu, Türkiyə və digər ölkələrin enerji təhlükəsizliyini təmin edən beynəlxalq neft boru kəmərinə edilən daha bir hücumdur.
"Bu, "Türk axını" boru kəməri vasitəsilə qaz nəqlini asanlaşdıran sahil stansiyasıdır. Bu, beynəlxalq obyektə, Türkiyənin və bir sıra digər ölkələrin enerji təhlükəsizliyini təmin edən beynəlxalq neft kəmərinin bir hissəsinə daha bir hücumdur", - o qeyd edib.
Peskov Ukrayna hakimiyyətini ittiham edərək, bunu "ağılsızlıq" adlandırıb.
.
