Ukrayna ilə “Pasxa atəşkəsi”nin elan edilməsi humanitar xarakter daşıyır.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiyanın sülh istədiyini qeyd edib.

"Biz sülh istəyirik. Davamlı və dayanıqlı bir sülh. Əgər Zelenski müvafiq qərarı verərsə, bu sülh bu gün bərqərar ola bilər", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar olaraq 11 aprel saat 16:00-dan 12 aprel günün sonunadək hərbi atəşkəs elan edib.

O, Rusiya müdafiə naziri Andrey Belousov və Rusiya ordusunun Baş Qərargah rəisi - Birləşmiş Qüvvələr Qrupunun komandanı Valeri Gerasimova bu müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmağı tapşırıb.

.