Rusiyanın neft ixracına qarşı ABŞ sanksiyalarının aradan qaldırılması mövzusu Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında söhbət zamanı ətraflı müzakirə olunmayıb.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, bu mövzu heç bir şəkildə ətraflı müzakirə olunmayıb", - Kremlin sözçüsü vurğulayıb.
Bununla yanaşı, Peskov qeyd edib ki, sanksiyaların qlobal iqtisadiyyat üçün nəticələri hər kəsə, həm Trampa, həm də Putinə yaxşı məlumdur: "Əlbəttə ki, ABŞ-ın atdığı addımlar - yəni neft məhdudiyyətləri – Körfəzdəki vəziyyət fonunda qlobal enerji bazarlarını sabitləşdirmək cəhdləri ilə bağlıdır".
.
