Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

Onun sözlərinə görə, telefon danışığı təxminən 1 saat davam edib.

Putin və Tramp ABŞ-ın xüsusi nümayəndələrinin səfərinin nəticələrini müsbət qiymətləndiriblər.

Putin telefon danışığı zamanı Rusiyanın Avropaya qarşı heç bir düşmənçilik planının olmadığını qeyd edib.

.