
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov NATO Baş katibi Mark Ruttenin Rusiya pilotları və dənizçilərinin bacarıqsızlığı ilə bağlı açıqlamalarına münasibət bildirib.
Peskov qeyd edib ki, Rutte Rusiya pilotları və dənizçiləri haqqında heç nə bilmir.
"Bilsəydi, belə deməzdi. Bir çox məsələlərdə səriştəsizlik, təəssüf ki, indi bir çox Avropa liderlərinə xas olan xüsusiyyətdir. Yenə deyirəm, çox təəssüf ki...", Kremlin sözçüsü vurğulayıb.
.