Ermənistan banklarının “Mir” kartlarına xidmət göstərməyi dayandırmaq qərarına ABŞ-ın görünməmiş təzyiqi və sanksiya təhdidləri səbəb olub.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan risklərdən qorunmaq və vəziyyəti düzəltmək üçün işləməyə davam edəcək: "Müzakirələr davam etdiriləcək", deyə Kremlin sözçüsü vurğulayıb.

.