Avropa sülh tərəfdarı deyil.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Avropa ancaq Kiyevi müharibəni davam etdirməyə təhrik edir.

Kreml rəsmisi Rusiya-ABŞ sammitində hansısa Avropa İttifaqı ölkəsinin iştirakından danışmağın tez olduğunu vurğulayıb.

Peskov onu da qeyd edib ki, Rusiyanın ABŞ-la sammitə hansı təkliflərlə gedəcəyini "meqafon rejimi"ndə səsləndirməsi mümkün deyil, çünki bu, danışıqlar prosesinə xələl gətirəcək.

.