Moskva Vaşinqtonun Venesuela ətrafında vəziyyəti gərginləşdirə biləcək heç bir addım atmayacağına ümid edir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O, Rusiyanın ABŞ-ın beynəlxalq hüquqa uyğun hərəkət edəcəyini söyləyib.

"Ümid edirik ki, Karib dənizində və Venesuela ətrafında vəziyyəti qeyri-sabitləşdirə biləcək heç bir addım atılmayacaq. Hər şey beynəlxalq hüquqa uyğun olacaq", - Kremlin sözçüsü vurğulayıb.

.