
Kreml Trampdan ABŞ-ın Ukraynaya “Tomahawks” tədarük etməyəcəyi barədə rəsmi bildiriş almayıb.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva bu məsələ ilə bağlı bəyanatları eşidir və bunu istiqamət götürür.
Kremlin sözçüsü Rusiya ilə ABŞ arasında işgüzar və ekspert səviyyələrində də təmasların olduğunu vurğulayıb.
O qeyd edib ki, Moskva və Vaşinqton bu təmaslar sayəsində mövqe mübadiləsi apara bilir.
.