Mayın 16-da yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
Bu mərhələdə Şükürbəyli kəndinə köçürülən 18 ailə — 77 nəfərə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
.
