“Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazisində başlatdığı antiterror tədbirləri məcburi xarakter daşıyır. Antiterror tədbirləri bu gün erməni diversiya qrupları tərəfindən törədilən terror aktları ilə bağlıdır”.

Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, hazırda istehkamlara, ordunun rabitə mərkəzlərinə, separatçıların hərbi texnikasına və Ermənistan ordusunun Qarabağda olan hissələrinə zərbələr endirilir: “Azərbaycanın məqsədi və vəzifəsi mülki obyektlərə və mülki əhaliyə dəyən ziyanı minimuma endirmək və ya ümumiyyətlə istisna etmək, düşmənin silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtələrini və hərbi obyektlərini məhv etməkdir”, - ekspert vurğulayıb.

.