Kolumbiya Prezidenti Qustavo Petro, səyahət etdiyi helikopterin sui-qəsd təhlükəsi səbəbindən istiqamətini dəyişməyə məcbur olduğunu açıqlayıb.

O, bu barədə Prezident Administrasiyasının yutub kanalında yayımlanan hökumət iclasında bildirib.

Petro helikopterin atəşə tutulacağından narahat olduğu üçün planlaşdırılan yerə enə bilmədiyini bildirib. O, əlavə edib ki, uşaqları da göyərtədə olub.

"Helikopterin atəşə tutulacağından narahat olduğum üçün enməli olduğum yerə enmədim", - dövlət başçısı deyib.

Petro ölümdən xilas olduğunu qeyd edib. "Açıq dəniz üzərində dörd saat uçduq və planlaşdırmadığımız bir yerə çatdıq", - o əlavə edib.

.