ABŞ-ın Ukraynaya tədarükünə razılıq verdiyi Avropa ölkələrinin arsenalında olan təxminən 60 “Patriot” raketinin göndərilməsi hələ də Pentaqonun təsdiqini gözləyir.
Bununla bağlı “Financial Times” məsələdən məlumatlı üç mənbəyə istinadən xəbər yayıb.
Məlumata əsasən, PAC-3 və PAC-2 tipli raketlərin tədarükü ABŞ-ın müharibə naziri Pit Heqsetin təsdiq verməməsi səbəbindən ləngiyir. “Patriot” raketləri ABŞ istehsalı olduğundan, onların həm birbaşa ixracı, həm də Avropa ölkələrinin ehtiyatlarından Ukraynaya yenidən ixracı Vaşinqtonun razılığını tələb edir.
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl bildirib ki, tərəfdaşlarının artıq pulunu ödədiyi “Patriot” raketlərinin ötürülməsinə ABŞ-ın icazə verməsi son dərəcə vacibdir.
.
