Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start veriləcək. "Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən hər 3 komandamız da mübarizəyə başlayacaq.


Komandalarımızdan ikisi – "Qəbələ” və "İnter” səfərdə, "Neftçi” isə evdə meydana çıxacaq.


"Qəbələ” Tbilisidə bu şəhərin komandası olan "Dinamo” ilə qarşılaşacaq. "İnter” isə Albaniyada "Laçi”nin qonağı olacaq.


"Neftçi” "Bakcell Arena”da Monteneqronun "Mladost” klubunu qəbul edəcək.


Avropa Liqası I təsnifat mərhələsi, ilk oyun


2 iyul


21:00. "Dinamo” (Tiflis, Gürcüstan) – "Qəbələ” (Azərbaycan)


Hakimlər: Roi Reynşreyber, David Elias Biton, İdan Yarkoni, Zvi Levi (hamısı İsrail)


Tiflis. Boris Payçadze adına "Dinamo Arena”


20:30. "Laçi” (Albaniya) - "İnter” (Azərbaycan)


Hakimlər: Karlos Del Serro, Xuan Yuste, Abraham Alvares Santon, İnaki Visente Qarrido (hamısı İspaniya)


Albaniya, Laçi. "Laçi” stadionu


21:00. "Neftçi” (Azərbaycan) – "Mladost” (Monteneqro)


Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Dördüncü hakim: Hakan Ceylan (hamısı Türkiyə)


Bakı. "Bakcell Arena”

.