Ukraynaya silah-sursat yardımı üçün Çexiyanın irəli sürdüyü dəstək təşəbbüsü özünü doğrulmayıb.
Bu barədə anonim NATO rəsmisi “Reuters“ə danışıb.
Mənbənin sözlərinə görə, qlobal miqyasda Ukrayna üçün 5.95 milyard dollar dəyərində artilleriya mərmiləri almaq üçün vəsait toplamaq təşəbbüsü uğurlu alınmayıb, mərmilərin alınması üçün cəmi 1.4 milyard dollar yığılıb.
Məlumata görə, təşəbbüsdə Çexiyadan əlavə Almaniya, Danimarka, Niderland və digər ölkələr yer alır.
.
