ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etməkdən çəkinir.

Bu barədə “The Kyiv Independent” məlumatlı mənbəyə istinadən xəbər yayıb.

“Ruslar onların Kiyevə səfər etməsini istəmir. Uitkoff həmişə rus əhval-ruhiyyəsinə həssas olub. Onlara deyilib ki, Kiyevə səfər təhlükəlidir”, - mənbə qeyd edib.

Trampın nümayəndələrinin Ukraynanın paytaxtına səfəri təyyarə ilə planlaşdırılıb, indi isə bu plan da qeyri-müəyyəndir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfər edəcəyini bəyan edib.

.