Rusiya “WhatsApp”ı qadağan etməyi və onu “Max” ilə əvəz etməyi planlaşdırır.

Bu barədə “The Times”də məlumat yayıb.

Qeyd olunub ki, “Max” sosial şəbəkə platforması Rusiya dövləti tərəfindən yaradılıb və vətəndaşların daha geniş şəkildə izlənilməsi bu vasitə ilə mümkün olacaq. Sözügedən proqram hökumət orqanlarına rusiyalıların maliyyə fəaliyyətlərini, məkanlarını və internet brauzerlərini nəzarət altında saxlamaq üçün imkan verəcək.

Bildirilir ki, bu applikasiyanın smartfonlara yüklənməsinə sentyabrın 1-dən başlanılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya parlamentinin informasiya texnologiyaları komitəsini sədrinin müavini Anton Qorelkin “WhatsApp”ın Rusiya bazarını tərk etməyə hazırlaşmalı olduğunu deyib.

.