Bu gün 92 yaşlı Pol Biya Kamerunda prezident seçkilərində səkkizinci müddətə namizədliyini irəli sürür.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" yazıb.

Nəşr qeyd edib ki, 1982-ci ildən bəri hakimiyyətdə olan Biya istefa çağırışlarını rədd edir, lakin nadir hallarda ictimaiyyət qarşısında görünür.

"Bizim namizədimiz əla formadadır və o başladığı işi davam etdirməyə qadirdir", - deyə əmək naziri və hakim partiyanın baş katibi Qrequar Ovona Fransanın RFI radiosuna bəyanat verib.

Qələbə qazandığı təqdirdə, Biya, demək olar ki, 100 yaşına qədər prezident postunda qala biləcək.

.