
İsrail Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" sərhəd keçid məntəqəsini bu gün açacaq.
Bu barədə İsrailin "Kan" televiziyası məlumat yayıb.
Bildirilib ki, İsrail hökuməti bu gün "Rəfah" keçidini açmaq qərarına gəlib. Buna səbəb isə HƏMAS-ın razılaşdırıldığı kimi, ölü girovların cəsədlərini qarşı tərəfə təhvil verməsi olub.
Qeyd edək ki, İsrail atəşkəs razılaşmasında nəzərdə tutulduğu halda, Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" sərhəd keçid məntəqəsini açmamaq barədə qərar qəbul etmişdi.
.