ABŞ və Rusiya yeni START müqaviləsini qüvvədə saxlamaqla bağlı razılaşmaya yaxınlaşır.

Bu barədə üç anonim mənbə “Axios”a danışıb.

Onların sözlərinə görə, məsələ ilə bağlı ilkin plan hər iki ölkə prezidenti tərəfindən təsdiqlənməlidir.

Əlavə edilib ki, ABŞ və Rusiya rəsmiləri son sutkada Əbu-Dabidə mövzu ilə əlaqədar danışıqlar aparır, lakin hələlik heç bir razılaşma yoxdur.

Qeyd edək ki, Rusiya və ABŞ arasında START razılaşmasının (Strateji Silahların Azaldılması Müqaviləsi) müddəti bitib. Beləliklə, 1972-ci ildən bəri ilk dəfə olaraq iki ölkənin strateji nüvə silahlarının sayını məhdudlaşdıran hər hansı bir qanun yoxdur.

.