
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün Kiyevə səfər edib.
Bu barədə o, :X" sosial şəbəkəsində paylaşım edib.
“Bu gün mən Kiyevdəyəm – maliyyə və hərbi dəstək, Ukraynanın enerji sektorunun təhlükəsizliyi və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması məsələləri üzrə danışıqlar aparmaq üçün buradayam”, – Kallas vurğulayıb.
O, həmçinin Ukrayna xalqının cəsarətini qeyd edərək bildirib ki, bu cəsarət “bütün dünyaya ilham verir”.
“Onların dözümlülüyü bizim tam dəstəyimizi tələb edir”, – Kallas əlavə edib.
.