Ermənistanda həbs olunan iş adamı Samvel Karapetyanın vəkilləri Avropa İttifaqına (Aİ) və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) "Taşir" Şirkətlər Qrupunun rəhbərinin cinayət təqibini pisləmək tələbi ilə müraciət edəcək.

"Report"un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə vəkil Robert Amsterdam mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vəkillər ölkədə siyasi məhbusların olması səbəbindən Ermənistan hökumətinin addımlarının pislənməsinə nail olmağı planlaşdırırlar.

Vəkilləri, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməyi planlaşdırırlar, ancaq bu, vaxt tələb edəcək.

Qeyd edək ki, Karapetyan iyunda iki ay müddətinə həbs edilib. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunurdu.

Avqustun ortalarında Antikorrupsiya Məhkəməsi onun həbs müddətini 2 ay uzadıb.

.