Ukrayna üzrə istənilən sülh planında Avropa da iştirak etməlidir.
Bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.
“Biz Ukraynada davamlı sülhü dəstəkləyirik. Amma istənilən sülh planının nəticə verməsi üçün Ukrayna və Avropa bu planın tərkibində olmalıdır”, - Kallas vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl bəzi media orqanları ABŞ və Rusiya arasında gizli olaraq Ukrayna ilə bağlı sülh planının işlənib-hazırlanması və bu planda Avropanın olmaması barədə xəbərlər dərc edib.
.
