İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo avrokubokların yarımfinal mərhələsinə ən çox vəsiqə qazanan mütəxəssis olub.

Portuqaliyalı mütəxəssis bu ada evdə Norveçin "Budye Qlimt" komandasını 4:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra yiyələnib.

İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan "canavarlar" iki görüşün nəticəsinə əsasən, mərhələ adlayıb. Finala gedən yolda İngiltərə "Lester"inə qarşı matçlar Mourinyo üçün məşqçilik karyerasında 11-ci yarımfinal dueli olacaq.

59 yaşlı mütəxəssis bu göstəricidə Aleks Fergüsson, Yupp Haynkes, Karlo Ançelotti və Xosep Qvardiola kimi baş məşqçiləri geridə qoyub.

O, həmçinin, Avropanın hər üç turnirində - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında yarımfinala çıxan birinci mütəxəssis olub.

.