Azərbaycanla Qazaxıstan arasında Transxəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihə Avropa ilə Asiya arasında yeni yüksəkötürücülü bağlantı yaradacaq.
Nazir bildirib ki, müasir regional dəhlizlər yalnız yükdaşımaları ilə məhdudlaşmır, enerji və rəqəmsal bağlantıları da əhatə edir.
M. Cabbarov qeyd edib ki, Azərbaycanın bağlantılara investisiyası uzunmüddətli və məqsədyönlü siyasətin nəticəsidir. Liman, dəmir yolu və gəmiqayırma infrastrukturu ilə yanaşı, enerji infrastrukturu, boru kəmərləri və fiber-optik bağlantılar da bu siyasətin tərkib hissəsidir.
Onun sözlərinə görə, rəqabətqabiliyyətli enerji və yüksəkötürücülü bağlantı infrastrukturu Azərbaycanda data mərkəzləri və süni intellekt infrastrukturu üçün təbii baza formalaşdırır.
.
