Portuqaliya futbol yığmasının baş məşqçisi Jorje Jezuş beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldunu yenidən milli komandaya qəbul etməyə hazır olduğunu deyib.

72 yaşlı mütəxəssisin sözlərini Portuqaliyanın "A Bola" qəzeti sitat gətirib.

"Mən nə baş verəcəyini bilmirəm, mənim üçün hər şey açıqdır. O, milliyə çağırışdan əvvəl həyatının necə formalaşacağına qərar verməlidir. Əgər o oynayırsa və milli komandada olmaq istəyirsə, istədiyi vaxt qayıda bilər, niyə də olmasın? Bu bir anlaşılmazlıq idi və məncə, bunu asanlıqla həll etmək olar. Mənim anladığım qədərilə hər şey qaydasındadır", - deyə Jezuş bildirib.

Daha əvvəl məlum olmuşdu ki, Ronaldu Millətlər Liqasının qrup mərhələsinin danimarkalılarla (4:2) üçüncü tur oyunu ərəfəsində Portuqaliya yığmasının düşərgəsini tərk edib. Hücumçu gələcəkdə bu qərarının səbəbləri barədə danışacağını bildirib. Forvard norveçlilərlə (2:1) ikinci tur oyununda meydana çıxmayıb. Portuqaliya Futbol Federasiyasının nümayəndələri gələn həftə Ronaldu ilə görüş keçirməli və oyunçunu Jezuşla yaxınlaşdırmağa çalışmalıdırlar.

.