Sabah Brüsseldə Ukrayna, ABŞ, Avropa İttifaqı və NATO nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlində Almaniya Kansleri Fridrix Mertslə görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, görüşdə Ukrayna, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, NATO və Dünya Bankının nümayəndələri iştirak edəcəklər.
Avropa İttifaqı tərəfindən müzakirələrdə milli təhlükəsizlik müşavirləri səviyyəsində iştirak nəzərdə tutulur.
Zelenski qeyd edib ki, görüş əvvəlki danışıqların davamı olacaq və Ukraynanın müharibədən sonrakı bərpası, iqtisadi inkişafı və rifahına həsr ediləcək.
.
