
İsrail uzunmüddətli və çoxsahəli mübarizəyə hazırlaşmalıdır.
Bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bəyan edib.
O, İranla mübarizənin hələ başa çatmadığını vurğulayaraq, Suriyada İrana bağlı hədəflərə, eləcə də Livanda "Hizbullah"a qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.
Zamir Qəzza müharibəsini İsrailin indiyədək üzləşdiyi ən mürəkkəb münaqişələrdən biri adlandırıb və ordunun itkilər verdiyini etiraf edib.
“İsrail ordusu bir neçə cəbhədə hücum əməliyyatları həyata keçirməlidir. Hava üstünlüyümüzü və kəşfiyyat imkanlarımızı daha da gücləndirəcəyik”, – deyə Baş Qərargah rəisi vurğulayıb.
.