Tramp administrasiyasının Qəzza “Sülh Şurası”nın tərkibi ilə bağlı bu həftəki açıqlaması İsraillə razılaşdırılmayıb və hökumət siyasətinə ziddir.

“Reuters“ xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, xarici işlər naziri Gideon Saar bu məsələni ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə edəcək.

Qeyd edək ki, cümə günü Ağ Ev tərəfindən açıqlanan şuraya Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir. İsrail tərəfi isə dəfələrlə Türkiyənin Qəzzada hər hansı roluna qarşı çıxıb.

.