İspaniya Çempionatının 23-cü turunda qarşılaşan "Real Madrid” – "Deportivo” (2:0) oyunundan sonra maraqlı fakt meydana çıxıb.
Belə ki, "Kral klubu”nun 23 nömrəli futbolçusu İsco, 23-cü turda "Deportivo” ilə matçın 23-cü dəqiqəsində "Real”da özünün 23-cü qolunu vurub.
Onu da xatırladaq ki, futbolçunun hazırda 23 yaşı var..