İranın İran tərəfindən Səudiyyə Ərəbistanı ərazisində yerləşən Şahzadə Sultan hava bazasına endirilən zərbə nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beş KC-46 və KC-135 yanacaqdoldurma təyyarəsi zədələnib.

Bu barədə "The Wall Street Journal" iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, tankerlər son günlərdə İranın Səudiyyə Ərəbistanındakı hərbi bazaya raket zərbəsi zamanı zədələnib. ABŞ Mərkəzi Komandanlığı isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

ABŞ rəsmilərindən biri bildirib ki, təyyarələrə zərər dəysə də, onlar tam məhv edilməyib və təmir olunub. Hücum nəticəsində ölən olmayıb.

.