Nüvə müzakirələri ilə bağlı yayılan iddialar yalandır.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında deyib.
“Danışıqların son mərhələsində ABŞ-ın bizə müəyyən təkliflər etməsi və bizim onu qəbul etməməyimizlə bağlı iddialar yalandır. Ümumiyyətlə, danışıqlar prosesi ilə bağlı irəli sürülən bütün iddialar yalandır”, - Bəqayi vurğulayıb.
O, müharibənin genişləndiyini vurğulayıb. Bəqayi əlavə edib ki, “təhlükəli bölgə yaratmaq İsrailin layihəsidir və təəssüf ki, Amerika da buna cəlb edilib”.
.
