İran üç Avropa ölkəsi - Almaniya, Fransa və Böyük Britaniya ilə nüvə problemi üzrə danışıqların keçirilməsi barədə razılığa gəlib.

Bu barədə "Tasnim" dövlət agentliyi öz mənbələrinə istinadən xəbər verir.

"Danışıqların formatı razılaşdırılıb, lakin onların keçirilmə vaxtı və yeri ilə bağlı müzakirələr davam edir", - mənbə qeyd edib.

Bildirilir ki, bu danışıqların İran və üç Avropa ölkəsinin xarici işlər nazirləri müavinləri səviyyəsində keçirilməsi planlaşdırılır.

.