Qarşıdakı günlərdə İran və ABŞ rəsmiləri arasında danışıqların keçirilməsi ehtimalı var.

Bu barədə İran Xarici İşlər Nazirliyində məsələdən məlumatlı olan mənbə “Tasnim”ə bildirib.

Danışıqlarda İran tərəfdən iki rəsmi şəxsin iştirak edəcəyi qeyd olunub.

Mənbənin sözlərinə görə, danışıqların vaxtı və məkanı hələlik təyin olunmayıb. Dialoq böyük ehtimalla İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında baş tutacaq.

Qeyd edək ki, yaxın günlərdə ABŞ və İran rəsmiləri arasında Türkiyədə danışıqların aparılacağı ilə bağlı xəbər yayılıb.

.